Etibar Əliyevdən ciddi dəyişiklik qərarı verdi - "Bank Technique"yə yeni sədr təyin edildi

img

28-10-2015 [15:49]


Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

Mia.az xəbər verir ki, bu barədə "APA-Economics"in bankdakı mənbələri xəbər verir.

Məlumata əsasən, E.Cəfərov artıq vəzifəsinin icrasına başlayıb. Bundan öncə E. Cəfərov "Mol Bulak" bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri vəzifəsini tutub. Bununla yanaşı, Samir Baxşəliyev E. Cəfərovun I müavini təyin olunub. S. Baxşəliyev "Nikoil Bank"da filial direktoru kimi çalışıb.

Qeyd edək ki, dünəndən etibarən bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev əvvəlki vəzifəsinə qayıdıb. E. Əliyev bildirib ki, Müşahidə Şurasını, İdarə Heyətini yenidən formalaşdıracaq.

Xatırladaq ki, E. Əliyevin banka rəhbərlik etdiyi zamanda S. Baxşəliyev İdarə Heyəti sədrinin müavini olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA