"AGBank"da yeni iş yeri açılır - Bank 10 vakant yer haqda xəbər yaydı

img

26-10-2015 [15:21]


1992-ci ildə təsis olunan AGBank ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır.

Bankdan Mia.az-a daxil olan məlumata görə, AGBank ASC-nin aktivləri cari ilin əvvəlindən 1 oktyabr tarixinədək 10% artaraq 558 480 000 manat, kredit portfeli 5% artaraq 401 310 000 manat təşkil edib, depozit hesablarının sayı isə 4000-i ötüb.

Qeyd edək ki, AGBank ASC-in səhmdarlarının 18 sentyabr 2015-ci il tarixində təşkil olunan ümumi yığıncağında Bankın Nizamnamə Kapitalının mərhələli şəkildə 10.000.000 (on milyon) manat artırılması qərara alınıbr.

Xatırladaq ki, AGBank ASC-nin səhmdarları sırasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu, 8 Dövlət müəssisəsi, 12 kommersiya təşkilatı, 43 fiziki şəxs, ümumilikdə 65 səhmdar mövcuddur.

Xidmət sahəsinin daim genişləndirilməsi siyasətinin davamı olaraq AGBank innovativ ”AGBank Forex” və "İnternet Banking” xidmətlərini təklif edir. Zamanın tələbi olan çox funksional və istifadədə rahat "İnternet Banking” xidmətinin tətbiqi zamanı təhlükəsizliyi öndə tutan AGBank ən müasir və etibarlı qurğulardan istifadə edib. Foreks maliyyə bazarına gəlincə, "AGBank Forex”-də ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. Ticarətə yeni başlayanlar üçün bu sahədə, bankın mütəxəssisləri tərəfindən ödənişsiz tədris kursları da təşkil olunur.

Bankın digər mühüm prioritetlərindən biri də fəaliyyət coğrafiyasını genişləndirməkdir.

Qeyd edək ki, hal-hazırda AGBank paytaxtda və bölgələrdə (Ağdaş, Gəncə, Salyan, Sumqayıt, Şamaxı, Yevlax, Bərdə) ümumilikdə 23 nümayəndəlik ilə təmsil olunur. Daha geniş əhaliyə xidmət göstərmək məqsədi ilə, xidmət şəbəkəsini böyütmək strategiyasının davamı olaraq, yaxın zamanlarda yeni Səbail filialının işə başlaması gözlənilir. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130 ünvanında yerləşəcək yeni filial 10 yeni iş yeri təklif edir. Maraqlı olanlar AGBank-a müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA