26-10-2015 [11:16]
Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini və digər vəzifəli şəxsləri hazırda AKP hökuməti tərəfindən "terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamıdır.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Sabah” qəzeti yazıb.
Qəzet yazır ki, "paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə "paralel dövlət” SOCAR-da "Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.
Haldun Yavaş
"Sabah” yazır ki, Fətullah Gülən təriqətinin enerji sektoruna yönələn strategiyalarını müəyyənləşdirən şəxslərdən biri Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri Haldun Yavaşdır. Bu institutun əməkdaşlarının əksəriyyəti fətullahçılardır və ofisi İstanbulda yerləşməklə SOCAR tərəfindən maliyyələşdirilir.
İnstitut enerji sektorunda baş verənləri təhlil edib Pensilvaniyaya - Gülənin mənzil-qərargahına ötürməklə məşğuldur. Haldun Yavaş Gülənə yaxın şəxsdir və 2003-2004-cü illərdə ABŞ-dakı Nassau Community College-də "Fətullah Gülən günləri” təşkil edib.

SOCAR-dakı fətullahçılardan biri də şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və "SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.
F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdalarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.

SOCAR-ın Türkiyədə sahibi olduğu "Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyevin də təriqətin adamı olduğu iddia edilir.Onun fətullahçıların SOCAR-a yerləşdirilməsində mühüm rolunun olduğu bildirilir.
"SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da Fətullah Gülən təriqətinə yaxındır. SOCAR-a məxsus "Star Rafineri” neft-kimya kompleksinin İngiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu təriqətə bağlı olduğu deyilir.
AKP hökumətinə bağlı qəzet daha sonra yazır ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə önəmli şəxslər də var və bu şəxslərin adları Ankara tərəfindən Bakıya bildirilib.
Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır.
Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.
Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfərin kim tərəfindən maliyyələşdirildiyi barədə məlumat verməməsi olmuşdu.

"Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda "Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.
S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da "paralel dövlət”ə maddi dəstək təmin edir. İddiaya görə, "SOCAR Turkey”in icraçı direktoru Kenan Yavuz şirkətdəki fətullahçılar tərəfindən neytrallaşdırılıb və qərarlara təsir edə bilmir.
Habelə şirkətin insan haqları departamentinin rəhbəri İlqar Mehmetoğlu Gülən məktəbinin məzunudur. O, şirkətdə AKP tərəfdarlarını müəyyənləşdirir və onların işdən uzaqlaşdırılmasında rol oynayır.
SOCAR-ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar arasında "SOCAR Power”in ortağı Enver Taner Baltacı, "Petkim”in baş direktoru Sadettin Korkut, "SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem, SOCAR İT direktoru Fuat Uludag, satınalmalar üzrə direktor Çetin Korkut da var.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi