24-10-2015 [15:30]
Seymur VERDİZADƏ
Ünsiyyətdə olduğum gənclərin əksəriyyəti işsizlikdən şikayətlənir.
Bu cür hallarla tez-tez qarşılaşdığım üçün həmişə eyni sualı verirəm: "Əlindən hansı iş gəlir?”
Bu sualı eşidəndə iş axtaran adamların çoxu boynunu büküb, maddım-maddım üzümə baxır…
Valideynlərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən övladlarına yaxşı təhsil verə bilmirlər. Hətta yaxşı təhsil alanların da ağ günə çıxdığını söyləmək mümkün deyil. Adam tanıyıram ki, diplomu sandıqda çürüyür. Amma buna baxmayaraq, ali təhsili, zəngin təcrübəsi olan adamların iş tapmaq ehtimalı digərləri ilə müqayisədə bir qədər yüksəkdir. Tanış-biliş araya girəndə, nəsə əldə etmək mümkün olur.
Aydın məsələdir ki, bütün insanlar ali təhsil ala bilməz. Bu ölkəyə alim, müəllim və həkimlə yanaşı, həm da bənna, dülgər, qaynaqçı, toxucu, sürücü lazımdır. Yaxşı sənətkara həmişə ehtiyac var.
Məni bu mövzuya toxunmağa vadar edən əsas səbəb də sənətə ögey münasibətdir. Uşağın hansı ağlın və intellektin sahibi olduğu təxminən 12-13 yaşlarında bəlli olur.
Məni həmişə bir sual düşündürür: əgər valideyn 13 yaşlı oğlunun adını yaza bilmədiyini görürsə, niyə onun bir sənət öyrənməsinin qeydinə qalmır? Demək olar ki, Azərbaycanın bütün şəhər və rayonlarında texniki peşə məktəbləri fəaliyyət göstərir. Valideyn niyə elmə həvəsi olmayan övladının bənna, qaynaqçı, suvaqçı, sürücü, dülgər olmağına çalışmır? Əgər 18-20 yaşlı gənc əlinə çəkic alıb divara bir mismar vura bilmirsə, hansı şirkət müdiri ona iş verəcək? Gəlin açıq danışaq, yaxşı maşın ustası mənim kimi ortabab jurnalistin bir ayda qazandığını bir həftəyə qazanır. Bənna akademikdən, dülgər həkimdən, qaynaqçı müəllimdən beş dəfə yaxşı yaşayır. Uşağın usta yanında hansısa sənət öyrənməsi üçün mal-pul tələb olunmur. Sadəcə, bir qədər uzaqgörən olmaq lazımdır.
İki qeyri-hökumət təşkilatına rəhbərlik etdiyim üçün bəzən bir ayda beş-altı rayonda ezamiyyətdə oluram. Bir tikə çörək kəsmək, bir stəkan çay içmək üçün hansı kafe və restoranın qapısını döyürəmsə, məni boylu-buxunlu, əzələli oğlanlar qarşılayır. Demək olar ki, Bakıda da eyni vəziyyət hökm sürür. Tanış restoran müdirləri ilə bu barədə söhbət edəndə, deyirlər ki, indi ofisiant işləmək ən prestijli iş sayılır. Səbəbini isə belə izah edirlər: "Həm pulsuz yemək yeyir, həm də beş-on manatın yiyəsi olurlar”.
Heç kim inciməsin, mənə elə gəlir ki, bəzi gənclər sırf bir qarın yemək üçün ofisiant işləməyə can atırlar. Əgər belə deyilsə, boy-buxunda Koroğludan geri qalmayan oğlanlara nə düşüb ki, əllərinə sini alıb, masalara göy-göyərti, pendir daşısınlar?
P.S. Ötən gün Bakının mərkəzindəki restoranların birində nahar edirdik. Yeməyimizi yeyib qurtarandan sonra qapıya yaxın əyləşdiyimi nəzərə alan dostlarımdan biri belə dedi: "Ordan Koroğluya de, bizə bir stəkan çay gətirsin”.
P.P.S. Kəklikotu çiçəyindən hazırlanmış çayın ətri adamı məst etsə də, əlindəki "podnos” nəhəng cüssəli ofisianta heç yaraşmırdı…
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib