21-10-2015 [16:38]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin müasir və şəffaf iş mexanizmləri əsasında qurulmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, cari ilin ötən dövründə də bu yöndə işlərin məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
Nazir müavini deyib ki, cari ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Respublika Əlillərin Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı hesabat dövrünün əlamətdar hadisələrindən biridir: "Mərkəz müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərməyə imkan verir”.
Nazir müavini Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) iş və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması tədbirlərinin də davam etdirildiyini, bu günədək artıq 38 region üzrə TSEK-lərin 31-nin müasir iş şəraiti ilə təmin edildiklərini bildirib.
İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov cari ilin ötən dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının məqsədyönlü təşkilinə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib:
"Görülən tədbirlərin müsbət nəticəsi kimi, cari ilin 9 ayında ilkin əlillik təyin olunan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3284 nəfər (13,9%), təkrar olaraq əlillik təyin edilən şəxslərin sayı isə 4440 nəfər (3,1%) azalıb. Təkrar əlillik müayinələri zamanı 2961 nəfərin hissəvi reabilitasiyası təmin olunub”.
Xidmət rəisi hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayının da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26%, yəni 3 min nəfərə yaxın azaldığını qeyd edib:
"Cari ilin ötən dövründə 115 nəfər əlilliyi olan şəxsin və 130 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 245 nəfərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicəsinə göndərilməsi təmin edilib ki, bu da ötən il xaricə bərpa müalicəsinə göndərilənlərlə müqayisədə 52,1 faiz çoxdur. Bu isə ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirildiyini bir daha təsdiq edir”.
İ.Qurbanov cari ilin 9 ayında Xidmətin tabeliyindəki bərpa-müalicə müəssisələrində 5 min nəfərə yaxın şəxsə bərpa-müalicə xidməti göstərildiyini, hazırda bu müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparıldığını diqqətə çatdırıb:
"Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələri ilə təchiz olunması və onlara protez-ortopediya xidməti uğurla davam etdirilib. Həmin şəxslərdən ibarət 7158 nəfərə protez-ortopedik bərpa xidməti göstərilib, habelə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara ümumilikdə 28662 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitələri verilib”.
Xidmət rəisi hesabat dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılmasının diqqətdə saxlandığını, artıq cari ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaları ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar arasında əlillik müayinəsi barədə məlumatların elektron mübadiləsinin təmin olunduğunu qeyd edib:
"Azərbaycan Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahədə mühüm irəliləyişə imkan yaradır. Fərmanın icrası olaraq görülən işlər nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində mükəmməl proqram təminatlarına malik Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılmasına, tibbi-sosial ekspertiza xidmətinin elektron əsaslarla avtomatlaşdırılmış infrastrukturunun qurulmasına yönəlib. Yeni elektron sistem respublikada əlillik təyinatı prosesinin avtomatlaşdırılması nəticəsində bu sahədə məmur-vətəndaş təmaslarının minimallaşmasına və şəffaflığın təminatına şərait yaracaq”. Fərmanla birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması üçün əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər edilməsi də nəzərdə tutulub. Belə bir mühüm tədbir bir il ərzində əlillik müayinələrindən keçən şəxslərin sayının 7 dəfə azalmasına imkan verəcək ki, bu da əlillik müayinələrində məmur-vətəndaş ünsiyyətinin xeyli azalması ilə nəticələnəcək”. Xidmət rəisi Fərmana uyğun olaraq, "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın yenidən işlənərək təkmilləşdirildiyini və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdırıb:"Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində şəffaflığın artırılması üçün aparılan işlərin müsbət nəticələrindən biri kimi, təkcə cari ilin 9 ayında bu sahə ilə bağlı nazirliyə ünvanlanan vətəndaş ərizələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17%-ə yaxın azalıb, daxil olan həmin müraciətlərin isə əksər hissəsi sorğu xarakterli olub”.
Tədbirdə görülən işlərin yekunları ətraflı müzakirə edilib. Qeyd olunan sahədə əldə edilən müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, işlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi