Bakıda metronun yanında mənzillərin qiyməti neçəyədir? - SXEM

img

21-10-2015 [11:19]


Azərbaycanın paytaxtında metro stansiyasının yaxınlığında, ləyaqətli birotaqlı mənzili ən azından 40 000 manata almaq olar. 

Mia.az Sovde.az-a istinadən xəbər verir ki, Bakıda mənzillərin qiymətini araşdırılıb

Aydın olub ki, nisbətən ucuz mənzillər Ulduz, Koroğlu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşir. Burada birotaqlı mənzili 40000 manata almaq olar. 

20 Yanvar, İnşaatçılar, Memar Əcəmi, Həzi Aslanov, Dərnəgül stansiyalarının yaxınlığında isə mənzillər bir qədər bahadır. Burada bir otaqlı mənzillərin ən ucuzu 50 000 manatdan başlayır.

Ən bahalı daşınmaz əmlakı isə Sahil stansiyasının yaxınlığındadır. Bu ərazidə  birotaqlı mənzil 150 000 manata normal qiymət hesab olunur. Cəfər Cabbarlı və 28 May metrostansiyalarının ətrafında isə bir otaqlı mənzillər 100 000 manatdan başlayır.

Saytın araşdırması zamanı o da aydın olub ki, hazırda Bakı və ətrafında bir otaqlı mənzillərin orta qiyməti 62 000 manat təşkil edir. 90 000 manata isə ikiotaqlı, 128 min manata isə 3 otaqlı rahat mənzillər almaq mümkündür.

Bakının kirayə bazarında isə vəziyyət belədir: Ayda 325 manata birotaqlı, 540 manata ikiotaqlı, 740 manata isə komfort şəraiti olan üç otaqlı mənzil kirayələmək olar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA