Fazil Məmmədov Vergilər Nazirliyində xüsusi struktur yaradır

img

19-10-2015 [12:12]


Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı xüsusi strukturların hazırlanmasına başlanıb.

Bu barədə vergilər naziri Fazil Məmmədov deyib. Onun sözlərinə görə, bu strukturlar növbəti ildən müxtəlif sahələrdə fəaliyyət göstərəcək.

Nazir əlavə edib ki, elektron ticarət sahəsində vergi inzibatçılığının tətbiqi istiqamətində də iş gedir: "Günün tələbinə uyğun olaraq elektron ticarət bu gün demək olar ki, real ticarət dövriyyəsinin çox böyük hissəsini əhatə etməyə başlayıb. Biz bu göstəricini dəqiq bilmirik. Bunlar da birbaşa fiziki şəxslərin adlarına gəlir. Əlbəttə, biz bunun əleyhinə deyilik. Amma Azərbaycanda ÜDM-in, ticarət dövriyyəsinin, ümumi istehlak bazarının hesablanması və digər məsələlər baxımından elektron ticarətin uçotu, qeydiyyatı çox əhəmiyyətlidir. Hazırda bunun üzərində çalışırıq" (APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA