Hökumət böhran büdcəsinin kəsir risklərini aradan qaldırmağa girişib - Ekspert

img

17-10-2015 [22:54]


"Vergilər Məcəlləsində bəzi dəyişiklilərə hazırlıqla bağlı prosedur uyğunsuzluqlar var. Bu uyğunsuzluq ondan ibarətdir ki, Vergilər Məcəlləsində baş verəcək dəyişiklər dövlət büdcəsinin gəlir hissəsinə təsir edəcək". 

Bu sözləri Mia.az-a iqtisadçı-ekspert Məhəmməd Talıblı deyib. 

Onun sözlərinə görə, biz xərclərimizi gəlirlərimizin səviyyəsinə nisbətdə müəyyənləşdiririk: 

"Yəni, gəlirlilik səviyyəmizin həcminə baxanda xərcləri hansı həddə qədər artırmağın sərhədlərini dəqiqləşdiririk. Amma bizdə dövlət büdcəsinin parametrləri dəqiqləşir, həmin istiqamətlər üzrə parlamentdə müzakirələr aparılır, sonra isə Vergilər Nazirliyi xətti ilə onun gəlirlər hissəsinə korreksiyalar edilir. Bu büdcə balansının dəyişməsinə səbəb olacaq. Bu dəyişiklilər bir neçə baxımından qiymətləndirilə bilər. Birincisi, vergi yığım əmsallarının dəyişdirilməsi ilə büdcə daxilolmalarına nail olunmaq əsas prioritet olaraq götürülür. Tutaq ki, vergi hüquqpozulmasına görə maliyyə sanksiyalarının 5 dəfə artırılması (400 manatdan 2000 manatadək) buna əyani sübutdur. İkincisi, dövlət büdcəsinin gəlir mənbələrinin daralması hökuməti ən ağlagəlməz iqtisadi fəaliyyət sahəsinin vergiyə cəlb olunmasına sövq edir. Söhbət idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmasını özündə ehtiva edir. Bir neçə il idi ki, bu sahədən vergi alınmırdı, bu dəyişiklərdən sonra həmin dar sahələri də 10%-lik vergi dərəcəsi vergilərə cəlb olunacaq. Bundan ildə cəmi 25 milyon manat gəlir əldə ediləcək ki, bu da onu söyləməyə əsas verir ki, milyardlarla populist layihələrə vəsait sərf edən hökumət indi qırda-xuruş mənbələr axtarışına çıxararaq böhran büdcəsinin kəsir risklərini aradan qaldırmağa girişib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA