Əhali 20 milyard kredit götürüb – Azərbaycanda

img

15-10-2015 [14:12]


Əhalinin əmək haqqlarında da artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat təşkil edib. Əmək haqqı neft sektorunda 2101,3 manat, qeyri-neft sektorunda 420,1 manat təşkil edib.

Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,3 manat, özəl sektorunda isə 603,5 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 17,4 % artaraq 1000,1 manat təşkil edib.

Həmçinin 2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 5,8% artaraq 30,1 mlrd. manata çatıb. Qeyd edilən dövrdə gəlirlərin 2,9%-i və ya 3 mlrd. 882,9 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

2015-ci il sentyabr ayının 1-ə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 20,1 mlrd. manat təşkil edib, onun 78,5%-i və ya 15,77 mlrd. manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il sentyabr ayının 1-i ilə müqayisədə 16,1% artıb. Problemli kreditlərin məbləği ümumi kredit portfelinin 6,6%-ini və ya 1 mlrd. 326,6 mln. manat təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA