Tarif Şurasına müraciət; İstilik xidmətinin qiyməti qalxır

img

12-10-2015 [14:34]


Azərbaycanın istilik enerjisi ilə təchizat üçün milli operatoru – "Azəristiliktəchizat” ASC tariflərin artırılması üçün yenidən hökumətə müraciət edəcək.

Mia.az azadlıq.info-ya istinadən xəbər verir ki, bu barədə qurumun Abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, mövcud istilik enerjisi tarifləri "Azəristiliktəchizat”a nəinki mənfəətlə işləməyə, heç xərclərinə belə ödəməyə imkan vermir: "Biz suyun 1 kubmetrini 1 manata alıb qaynadırıq və 40 qəpiyə əhaliyə satırıq. Buna görə də, tariflərin artırılması üçün hökumətə təkrar müraciət etmək niyyətindəyik”.

Azərbaycanda istilik enerjisi tariflərinin aşağı olması fikrini bir qədər əvvəl maliyyə naziri Samir Şərifov da səsləndirib. Nazir deyib ki, "Azəristiliktəchizat” üçün müəyyən edilmiş tariflər hətta içməli su və kanaliziya xidmətləri operatoru olan "Azərsu”nun tariflərindən aşağıdır, bu isə qurumun iqtisadi vəziyyətinin yaxşılaşmasına imkan vermir. (Fineko)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA