12-10-2015 [14:29]
Bugün "Baku Business Factory”nin (BBF) təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçirilib. Forumda dövlət nümayəndələri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və xarici mütəxəssislər iştirak ediblər.
"Report" xəbər verir ki,Forumun açılışında çıxış edən BBF-nin direktoru professor Əlövsət Müslümov bildirib ki, artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə olan marağının artırılması üçün müxtəlif işlər görülür. Onun sözlərinə görə, BBF-nin də əsas məqsədi biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanın təmin edilməsini həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır. Ə.Müslümov çıxışında bildirib ki, gənclərin BBF-yə marağı olduqca böyükdür və müraciətlərin sayı gözləniləndən də çoxdur: "Bugünədək BBF-nin bir hissəsi olan və ödənişsiz əsaslarla fəaliyyət göstərən Kovörkinq Mərkəzinə 130 müraciət daxil olub. Hazırda Mərkəzdə 13 fərqli layihə üzrə 26 nəfər fəaliyyətə başayıb". Ə.Müslümov, həmçinin qeyd edib ki, Startap Laboratoriyası da cari ilin sentyabr ayından fəaliyyətə başlayıb: "Daha geniş dəstək proqramı nəzərdə tutulan laboratoriyada artıq 140 layihə təklifi almışıq ki, müraciətlərin daha da artacağını gözləyirik. Biz gənclərə öz layihəsini biznesə çevirərək dünyaya çıxmasına da yardım edəcəyik".
Sonra Forumda Boğaziçi Universitetinin Professoru Dr.Özer Ertuna "Sürətli dəyişən dünyada uğurlu təşəbbüskarlıq"mövzusunda çıxış edib. O bildirib ki, təşəbbüskarlığa dəstək həmin təşəbbüskarlığın ortaya çıxmasını təmin edəcək şərait yaratmaq və maneələri aradan qaldırmaqdır. "Yeni dünyada yaşayırıq və bu da yeni ehtiyaclar yaradır. Artıq 10-20 il sonra fəaliyyət sahələri indikinin tam tərsi olacaq və indi daha azlıq təşkil edən sənətkarlıq və yaradıcılıq sahələri ən çox tələb olunan yerini alacaq". Ö.Ertuna deyib ki, hazırda dünyada işsizlik 10%-dən çoxdur və bu rəqəm müxtəlif ölkələrdə dəyişir: "Türkiyədə universitet məzunlarının işsizlik səviyyəsi 25%-i keçib. Demək olar ki, ciddi böhran yaranıb. Böhrandan xilas olmağın yolu da yeni ideyalara təşəbbüskarlıqdır." - deyə, o qeyd edib.
Forumda "Təşəbbüskarlıq və Silikon Vadisi Tarixi" mövzusunda çıxış edən Silikon Vadisini və Türk Telecom Argelanı təmsil edən Dr.Mustafa Ergen bir çox misallar üzərində təşəbbüskarlığın tarixindən danışıb. O inkişaf edən dünyada aparıcı qüvvə olan təşəbbüskar insanların texnologiya tarixində rol oynamasından bəhs edib. Ətraflı çıxışında M.Ergen Apple, Microsoft və digər aparıcı şirkətlərin uğurunun əsasında dayanan səbəbləri açıqlayıb, gənclərə mesajlarını çatdırıb.
Qeyd edək ki, Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.
Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisiAnar Əlizadənintəşəbbüsü ilə yaradılmışdır. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi