Sabah 2016-cı ilin büdcə müzakirəsi başlayır

img

12-10-2015 [11:08]


Sabah Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılacaq.

Modern.az saytının məlumatına görə oktyabrın 14-də də büdcə müzakirələri davam edəcək.Qeyd edək ki,2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri14566 mln. manat(bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə16264 mln. manatproqnozlaşdırlıb.

Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində1698 mln. manatgöstərilib.Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub.

Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsiningəlirləri 4872 mln. manat, xərcləri4836 mln. manatazproqnozlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA