10-10-2015 [12:39]
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rusiyanın meyvə şirəsi sektoruna böyük miqdarda maliyyə yatırıb.
Bu barədə "business-gazeta.ru” saytındakı reportaj-məqalədə deyilir.
Qeyd olunur ki, Heydərovun biznes klanına daxil olan "Benkons Group” şirkəti Tatarstanda Sokurı şəhərinin Laişev rayonunda 4 milyard rubl dəyərində (Təxminən 70 milyon manat) zavodun tikintisinə başlayıb. Oktyabrın 7-də Tatarstan Respublikasının prezidenti Rustam Minnixanovun iştirakı ilə təntənəli təməlqoyma mərasimi keçirilib. Mərasimdə Kəmaləddin Heydərov da iştirak edib. "Benkons Group” bu il fevral ayında adıkeçən şirkətlə AİR RT arasında saziş imzalanıb, iyun ayında Laişevdə 75 hektar torpaq sahəsi alıb və cəmi bir neçə gün əvvəl zavod inşaatına start verib.
Bu şirkət "Rusiyada içilən meyvə şirələrinin hər 10-cu stəkanını” Tatarstanda istehsal etməyə iddialıdır. İnvestorlar yerli almalara ümid etsələr də, bildirilir ki, bu həcmdə istehsal üçün yerli məhsul azlıq edəcək və Azərbaycandan gətirilməsinə ehtiyac var.
4,06 milyardlıq investisiya layihəsinin istehsal gücü saatda 25,5 min litr və ya ildə birnövbəli rejimlə 53,8 milyon litr təşkil edir. Zavodun yanında xammal anbarı və hazır məhsullar üçün anbarlar olan böyük logistika mərkəzi tikiləcək. Zavodun fəaliyyətə başlaması 2017-ci ilin ilk yarısına planlaşdırılır.
"Benkons Group”un kommersiya direktoru Emil Zalov bildirib ki, şirkət uğurlu nəqliyyat infrastrukturu, yaxşı investisiya mühiti və xoşagələn iqlim şərtlərinə görə Tatarstana yatırım etmək etmək qərarına gəlib.
"Biz burda meyvələrin, ilk növbədə alma yetişdirilməsi üçün böyük potensial görürük. Bu bizə istehsal qiymətlərini azaltmaq imkanı verəcək. Meyvə ucuzdur, lakin onu daşımaq bahadır. Regionun yerli kənd təsərrüfatı imkanlarından yararlanacağımıza ümid edirik”, – deyə Emil Zalov qeyd edib.
Onun sözlərinə görə, konsentratlardan bərpa olunan əksər şirələr üçün əsas meyvə olan almanın təxminən yarısı yerli xammal kimi Tatarstandan alınacaq. Zavoda ildə 40-50 min ton alma lazım olacaq.
Jurnalistlərin "bu qədər almanı Tatarstanda hardan tapacaqsınız” sualına Zalov belə cavab verib ki, alma tez yetişən məhsuldur və üç il ərzində ilk məhsulu toplamaq mümkün olacaq. Şirkət ümid edir ki, yerli istehsalçılar da bu istiqamətdə çalışacaq, zavodu xammalla təmin edəcəklər. Lakin ilk mərhələdə konsentratın Azərbaycandan gətiriləcəyi deyilir.
Kommersiya direktorunun sözlərinə görə, ancaq yerli xammala ümid etmək olmaz, belə ki, Rusiyada ən çox içilən şirə portağal suyudur: "Çətin ki, biz Tatarstanda portağal yetişdirək”.
E.Zalov 75 hektarlıq ərazisin ancaq 12 faizinin zavod kompleksi üçün istifadə olunacağını, qalan 63 hektarın isə "gələcək genişlənmə” üçün saxlanıldığını deyib.
"Benkons Group”un kommersiya direktorunun sözlərinə görə, Azərbaycandan Rusiya bazarında hazırda idxal edilən şirə həcmi ildə 3-4 milyon litrə çatır və şirkət bu istiqamətdə federal şəbəkələrlə əməkdaşlır edir: "Lakin logistika və gömrük prosedurları gəlirin böyük hissəsini "yeyir”. Bizim vəzifəmiz ondan ibarətdir ki, məhsul təchizatına tamamilə Sokurıdakə zavodla keçək”.
Şirkət nümayəndəsi əlavə edib ki, həmçinin burdan Çin və Şərqi Asiyaya da məhsul ixrac etmək planları var, çünki Azərbaycandan bu proses çətin və baha başa gəlir.
Qeyd edək ki, sözügedən məqalədə müəllif Kəmaləddin Heydərovun personasına da diqqət yetirərək, Vikileaks saytına istinadla onu "Azərbaycanın ən nüfuzlu oliqarxı”adlandırır.
Ümumiyyətlə, hazırki iqtisadi tənəzzül dövründə F.Heydərovun Rusiyada belə bahalı layihə həyata keçirməsi maraqlıdır. Belə görünür ki, neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir etsə də, oliqarxlarımızın inkişaf planlarına təsir edə bilməyib(AzPolitika.info).
Azpolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi