Vergi güzəştləri ləğv olunacaq-Hökumət qənaətə başlayır

img

07-10-2015 [13:13]


"Gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan asılılıq azaldılıb”.

AzVision.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” qanunun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, gələn il Dövlət Neft Fondundan büdcəyə 6 milyard manat vəsait transfer olunacaq.

"Neft gəlirlərinin azalması qeyri-neft sektorunun inkişafına təsir göstərəcək. Ümumiyyətlə gələn il bir neçə yenilik olacaq.Yeniliklərdən biri qeyri-neft sektorundan gəlirlərin artırılmasıdır. Digərləri isə vergi sahəsinə aiddir. Belə ki, gələn il vergi güzəştlərinə yenidən baxılacaq. Güzəştlər məhdudlaşdırılacaq və hətta ləğv olunacaq. Vergilərin sadələşdirilməsi istiqamətində işlər aparılacaq ki, bu da sahibkarlığın inkişafına şərait yaradacaq. Sahibkarlığın inkişafı isə dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA