“Azərbaycanın xaricə ixrac etdiyi mallar ucuzlaşıb” - Nazirdən etiraf

img

07-10-2015 [12:31]


Bu gün Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2016-cı ilin dövlət büdcəsinin layihəsi müzakirə olunur.

Modern.az saytı xəbər verir ki, müzakirələrdə parlamentin Regional məsələlər, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarasıəlaqələr, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Elm və təhsil komitələrinin üzvləri iştirak edirlər.

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, 2016-cı ilin büdcəsi dünyada baş verən kəskin dəyişikliklər və neqativ proseslər fonunda hazırlanıb. O, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini də vurğulayıb.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinə təsir edib: "Lakin bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında stabillik hökm sürür”.

Maliyyə naziri Samir Şərifov isə söyləyib ki, 2016-cı ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ötənildəkinə nisbətən az göstərilməsinin iki səbəbi var: "Bunlardan birincisi, neft-qaz amilidir. Çünki dünyada neftin qiyməti aşağı səviyyədədir. İkincisi, regiondakı və qonşu dövlətlərdə milli valyutaların devalvasiyaya uğramasıdır. Bunun nəticəsində Azərbaycanın xaricə ixrac etdiyi məhsullar rəqabətə baxımından ucuzlaşıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA