05-10-2015 [12:19]
Beynəlxalq Bankla bağlı baş verən qalmaqalla bağlı etiraflar davam etməkdədir. Maliyyə naziri Samir Şərifovdan bir neçə gün əvvəl bununla bağlı maraqlı açıqlama gəlib.
S.Şərifov əslində Beynəlxalq Bankın əvvəlki rəhbərliyi barəsində cinayət məsuliyyəti yaradan açıqlama ilə çıxış edib:
"Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verib? Halbuki sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.
"Beynəlxalq Bankın keçmiş rəhbərliyinə sərt ittiham”
S.Şərifov deyib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyi ciddi səhvlərə yol verib: "Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları araşdırma aparır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur”.
"Dövlətin nəzarətində olan qurumların borcunu büdcə qaytaracaq”
S.Şərifovdan daha bir maraqlı açıqlama təbii inhisarçılarla bağlıdır. O, səhmlərinə dövlətin nəzarət etdiyi bəzi qurumların borclanma ilə bağlı fəaliyyətinin ürəkaçan olmadığını deyib. S.Şərifov bildirib ki, bəzi qurumlar dövlət zəmanəti ilə götürülmüş borclara xidmət göstərə bilmirlər: "Hazırda biz bu borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq. Ona görə bu bizim növbəti ilin dövlət büdcəsində öz əksini tapıb. Belə ki, bizim dövlət borcuna xidmətlə bağlı xərclərimiz artıb. Bunun bir qismi, qeyd etdiyim kimi, manatın devalvasiyası nəticəsində, digər qismi isə məhz belə amillərə görə artıb”.
Məlumat üçün deyək ki, xarici borcların böyük hissəsi "Azərenerji”, "Azərsu” və Nəqliyyat Nazirliyinin payına düşür. Milyardlarla dollar məhz elektrik və su təchizatının yaxşılaşdırılmasına, yol layihələrinə sərf edilib. Bu layihələr həm də korrupsiya mənbəyi olduğundan xaricdən alınan borclar, demək olar, göyə sovrulub. Samir Şərifov ad çəkməsə də, böyük ehtimalla yuxarıda adlarını qeyd etdiyimiz qurumları nəzərdə tutur.
Bəs, S.Şərifovun Beynəlxalq Bankın keçmiş rəhbərliyi ilə bağlı açıqladıqları əlaqəli olaraq hansı tədbirlər görülməlidir?
Təbii inhisarçıların götürdükləri borcların büdcə hesabına qaytarılması nə dərəcədə düzgündür?
"Beynəlxalq Bankın verdiyi kreditlərə maliyyə nazirliyi də məsuliyyət daşıyırdı”
Iqtisadçı Samir Əliyev qeyd etdi ki, Beynəlxalq Banka qarşı ittihamları bankın idarəçiliyində birbaşa iştirak edən nazirliyin rəhbərliyi səsləndirir. Əgər Maliyyə Nazirliyi qeyd edirsə ki, Beynəlxalq Bank ya kreditləri girovsuz verib, ya da qoyulan girov götürülən kreditin məbləğinə adekvat olmayıb, belə bir mövqe Maliyyə Nazirliyini məsuliyyətdən azad etməməlidir: "Beynəlxalq Bank dövlət mülkiyyətində olan bankdır. Nəzarət səhm paketi maliyyə nazirliyinə məxsusdur. Müşahidə Şurası bankların fəaliyyətinə nəzarət edir. Banklar haqqında qanuna görə, Müşahidə Şurasının Idarə Heyətindən hesabat tələb etmək, məsləhət vermək kimi digər hüquq və vəzifələri var. Müşahidə Şurasının da rəhbəri maliyyə nazirinin müavini Azər Bayramovdur. Bu proses bir neçə ildir ki, davam edir. Bu proses yeni deyil. Üç-dörd ildir ki, Beynəlxalq Bankda problemli kreditlərin artmasını müşahidə edirdik. Əgər bu vaxta qədər problemli kreditlərin artmasına Müşahidə Şurası nəzarət etməyibsə, deməli, Maliyyə Nazirliyi öz işinin öhdəsindən düzgün gəlməyib. Ona görə məsuliyyətin yalnız Beynəlxalq Bankın rəhbərliyinin üzərinə qoyulması yanlışdır”.
"Dövlət təbii inhisarçıların özəlləşdirilməsinə getməlidir”
Təbii inisarçıların götürdükləri kreditlərin büdcə hesabına qaytarılmasına gəlincə isə, S.Əliyev vurğuladı ki, kreditlərin qaytarılmaması onunla səmərəsiz idarətmə ilə əsaslandırılır. Amma borcun qaytarılmamasının digər səbəbi kimi manatın devalvasiyası göstərilir: "Bir sıra dövlət təşkilatlarının xarici borcları devalvasiyaya görə 34 faiz artıb. Çünki bu təşkilatların borcları dollarla götürüldüyündən onların borcları manat ekvalentində artıb. Bu baxımdan devalvasiyaya görə artan borc büdcə hesabına ödənilə bilər. Çünki devalvasiya qərarını dövlət verib. Amma səmərəsiz idarəçiliklə bağlı artan borcun ödənilməsini dövlətin üzərinə yükləmək düzgün deyil”.
S.Əliyevin fikrincə, dövlət, ümumiyyətlə, kommunal xidmət göstərən təşkilatların özələşdirilməsinə getməlidir. Çünki bu şirkətlər həm dövlətdən subsidiya alır, həm də iri borclanmaya gedərək sonda həmin borcları dövlətə ödətdirir. Bu şirkətlərin özəlləşdirilməsi dövləti bu yükdən azad etmiş olar: "Hesab edirəm ki, hökumət bir sıra dövlət təşkilatlarının özəlləşdirilməsinə bir müddət sonra gedəcək”.
Azadliq.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi