01-10-2015 [17:43]
Azərbaycanın 2015-ci il üçün dövlət daxili borclanmasının yuxarı həddi 3 dəfə - 4,5 mlrd. manata qədər artırılıb.
Mia.az "Report"a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, bu addım dünya bazarında neftin qiymətinin düşməsi ilə büdcədə yaranan müəyyən problemlərin həlli, prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi məqsədi ilə atılıb.
"Neftin qiymətinin aşağı düşməsi digər ölkələrdə olduğu kimi Azərbaycana da təsir göstərir. Bu, iqtisadi artım templərinin müəyyən dərəcədə dəyişməsində, tədiyyə balansının müsbət göstəricilərinin bir qədər zəifləməsində, büdcədə müəyyən problemlər və s. ilə müşayiət olunur. Bu cür problemləri aradan qaldırmaq üçün ölkələr adətən xarici və daxili borclanmaya gedir. Həmin vəsait hesabına iqtisadi fəallığın artırılması, bir sıra prioritet hesab olunan sahələrin inkişafının maliyyə təminatının gücləndirilməsi istiqamətində iş görür.
Azərbaycan da dünya praktikasında geniş tətbiq olunan bu üsuldan istifadə edir. Amma hökumət xarici borclanmanı genişləndirmək fikrində deyil. Azərbaycanda daxili borclanma üzrə rəqəmlər çox aşağı olduğuna görə, bu istiqamətdə addımlar atılıb", - deyə deputat qeyd edib.
"Bunun həyata keçirilməsinin əsas yolu qiymətli kağızlardır. Borclanmanı istiqrazlar vasitəsilə reallaşdırırlar. Məbləğin bu qədər artırılması o demək deyil ki, həmin məbləğin hamısını indi xərcləmək lazımdır. Lakin ilkin addım atılıb", - deyə Ə.Məsimli bildirib.
Deputat Vahid Əhmədov da qeyd edib ki, daxili borclanma limitinin 4,5 mlrd. manata qədər qaldırılması ilə bağlı müvafiq qanun layihəsi artıq ötən gün təsdiq edilib: "Azərbaycan qiymətli kağızlar buraxır, bu adi haldır, daxildə olan məsələdir, maliyyə dayanıqlığını təmin etmək, maliyyə bazarını daha da genişləndirmək üçün istifadə olunur. Daxili borclanmada elə bir ciddi problem yoxdur".
Deputat Rüfət Quliyev isə bildirib ki, qiymətli kağızların emissiyasi yolu ilə Mərkəzi Bankdan cəlb olunacaq həmin vəsait tikintisi başa çatmamış obyektlərə sərf olunacaq.
Qeyd edək ki, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib. Həmin dəyişikliyə əsasən, dövlət büdcəsinin daxili borclanmasının yuxarı həddi 1,5 mlrd. manatdan 4,5 mlrd. manata qaldırılıb. Xarici dövlət borclanmasının yuxarı həddi isə dəyişməz qalaraq 1,5 mlrd. manat səviyyəsində saxlanılıb.
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin layihəsində isə gələn il üçün daxili dövlət borclanmasının yuxarı həddi 2,5 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi 1,5 mlrd. manat nəzərdə tutulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi