01-10-2015 [12:58]
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibində "bir pəncərə” prinsipinin tətbiqinə başlayıb.
Komitədən Publika.az-a verilən məlumata görə, artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da, torpaqların ilkin qeydiyyatı zamanı bir neçə ünvana müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb. "Bir pəncərə” prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. "Bu isə daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, operativlik və rahatlığın əhəmiyyətli dərəcədə artmasına, qeydiyyatın sürətlənməsinə şərait yaradıb. Vahid mərkəzdən idarəçilik sisteminin tətbiqi ilk növbədə əmlak münasibətlərinin inkişafının sürətləndirilməsini və mülkiyyət məsələlərində vətəndaş amilinin gücləndirilməsini təmin etməkdədir”.
Vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir. Yalnız müəyyən olunmuş vaxtda ərazi idarəsinə gələrək dövlət reyestrindən çıxarışını götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Torpaq sahələrinin plan və ölçüsünün tərtibi, texniki inventarlaşdırma və digər texniki sənədlərin hazırlanması təmin olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti kadastr işlərinin əlaqələndirilməsini və bu sahədə işlərin qaydalara uyğun aparılmasına nəzarəti, zəruri xəritə materiallarının hazırlanmasını təmin edir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın texniki inventarlaşdırılması, torpaq sahələrinin plan və ölçülərinin hazırlanması ilə bağlı sənədlərin və məlumatların dəqiq və aydın şəkildə daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Eyni zamanda, əsassız olaraq bələdiyyələrə, fiziki və hüquqi şəxslərə verilmiş, habelə mühafizə zolaqlarında inşa edilmiş daşınmaz əmlakın qeydiyyatına yol verilməməsini nəzarətdə saxlayır. Bununla bağlı mütəmadi araşdırmalar aparır və nəticələrə əsasən müvafiq tədbirlər görür. Torpaqlardan istifadə və onların mühafizəsi sahəsində inzibati xətalara yol verilməsi halları aşkar edildikdə zəruri məlumatları Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edir.
Komitənin yeni Əsasnaməsinə uyğun olaraq Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin bir sıra vəzifələri müəyyən olunub. Agentlik dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsini, torpaqların kateqoriyalara aid edilməsi barədə tədbirləri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirir.
Xatırladaq ki, komitə tərəfindən artıq torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinə başlanılıb. Bununla bağlı, komitənin rəsmi mətbu orqanı "Mülkiyyət” qəzetində və rəsmi internet səhifəsində müvafiq elanlar verilib. Elanlarda iştirak qaydaları və digər zəruri prosedurlar göstərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi