Azərbaycan büdcəsində artım oldu - 3 milyard

img

30-09-2015 [17:00]


2015-ci ilin dövlət büdcəsində daxili borclanmanın həcminin artırılması təklif olunur.

Bununla bağlı təklif qanunvericilik təşəbbüsü subyekti olan ölkə prezidenti tərəfindən Milli Məclisə daxil olub. Bu haqda məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcədə nəzərdə tutulan daxili borclanmanın həcminin 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılması təklif edilib:

"Bizdə daxili borclanma həddi 1,5 milyard nəzərdə tutulmuşdu. İndi isə onun üzərinə daha 3 milyard artırılması təklif olunub. Xarici borclanma isə olduğu kimi qalır”.

Qanun layihəsinə dəyişiklik qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA