Daha bir bank böhranda - 3 filialı bağlandı

img

30-09-2015 [13:33]


"Bank of Baku" nun Bakı şəhərində yerləşən 3 filialı fəaliyyətini dayandırıb. Bu, Nəsimi rayonu, Rəşid Beybudov küçəsi,17 ünvanında yerləşən "28 may" filialı, Nizami rayonu, Babək prospekti,2269-cu məhəllə ünvanında yerləşən "Babək" filialı və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin "D" massivi, Günəşli küçəsində yerləşən "Yeni günəşli" filialıdır.

Bankdan verilən məlumata görə, filialların bağlanmasının səbəbi səhmdarlarının qəbul etdiyi 3 illik "yeni persperktivlər” planı çərçivəsində həyata keçirilib. Belə ki, bank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır. Bu optimizasiya prosesi əsasında müxtəlif meyarlara görə seçilmiş 3 filial yaxınlıqda olan daha böyük filiallarla birləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA