"...bu hələ son hədd deyil" - Qubad İbadoğlu dərman bazarından yazdı

img

29-09-2015 [23:08]


"Yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölcülü ölkəsində məsələn Belçika və Avstriyada olan apteklərin sayından çoxdur".

Mia.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu Gömrük Komitəsinin ölkəyə gətirilən dərman preparatlarının həcmi barədə yaydığı son statistikanı şərh edib: "Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın təhlili göstərir ki, ölkəyə idxalı artan məhsulların siyahısında dərman məmulatları da vardır.
Belə ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əczaçılıq məhsullarının idxalı 16, 4 faiz və ya 25 milyon dollar artıb. Nəticədə ötən il dərman gətirilməsinə görə idxalarçılar 160 milyon dollar vəsait xərcləmişdisə bu il artıq bu məqsədlə xərcləmələr 185 milyonu ötüb. Bir məqamı da nəzərə almaq lazımdır ki, bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar. Əslində Azərbaycanda istehlakçıların bu qədər dərman "yeməsi” ölkədə apteklərin sayının çox olmasını şərtləndirib. Müqayisə edəndə görürük ki, yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölcülü ölkəsində məsələn Belçika və Avstriyada olan apteklərin sayından çoxdur.
İlk baxışda dəman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür. Fikrimcə, əzcacılıq məhsullarının idxal biznesində leqallaşmsa səviyyəsi yüksəlib və bu hələ son hədd deyil. Yəqin ki, il ərzində dərman məhsullarının idxalında artım davam edəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA