Azərbaycan neftində 50 faiz azalma

img

29-09-2015 [14:38]


Dövlət Gömrük Komitəsi bu ilin 8 ayının rəqəmlərini açıqlayıb.

Mia.az azadliq.org-a istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrünə nisbətən ticarət əməliyyatları 32.83 faiz azalıb. Bu azalma ixracın hesabına olub. Belə ki, idxal 5.09 faiz artsa da, ixrac 46.69 faiz azalıb.

İxracda əsas mallarda azalmalar belə göstərilir:

Xam neft - 51.29 %
Neft məhsulları – 38.38 %
Təbii qaz - 29.17 %
Meyvə-tərəvəz – 2.69 %
Çay – 43.9 %
Bitki və heyvan mənşəli piylər və yağlar -29.1 %
Şəkər – 2.57 %
Spirtli və spirtsiz içkilər – 25.37 %
Plastmassa və onlardan hazırlanan məmulatlar – 21.26 %
Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 40.28 %
Qara metallar və onlardan hazırlanan məmulatlar – 28.01 %

MEYVƏ İDXALI 146 FAİZ ARTIB

İxracda əsas mallardan kimya sənayesi məhsulları 53.76 faiz, alüminium və ondan hazırlanan məmulatlar 9.23 faiz artıb.
İdxalda isə əsas artım belə göstərilir:
Meyvə-tərəvəz - 146.4%
Buğda - 34.17%
Əczaçılıq məhsulları - 16.37%
Oduncaq və ondan hazırlanan məmulatlar - 90.07 %
Qara metallar və onlardan hazırlanan məmulatlar - 65.14%
Nəqliyyat vasitələri və onların hissələri - 96.60%
Mebel və onun hissələri - 16.55%

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA