Bu sahədə çalışanların maaşı artıb - Rəsmi

img

27-09-2015 [14:58]


Cari ilin səkkiz ayında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı 92,7 min nəfər olub. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 665,2 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 30,7 faiz, mülki təyinatlı inşaat işlərində isə 0,5 faiz artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA