Daha bir dövlət qurumu çökür; “Azərsığorta” filialların fəaliyyətini dayandırdı

img

23-09-2015 [15:10]


Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta”) 5 filialının fəaliyyətini dayandırıb. Mia.az azadliq.info-ya istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Məmməd Məmmədov məlumat verib. Onun sözlərinə görə, söhbət Bakıdakı 2 saylı filialdan, eləcə də Sumqayıt və Naftalan şəhərlərində, Zərdab rayonlarında olan filiallardan gedir. Onların bağlanması fəaliyyətlərinin iqtisadi cəhətdən səmərəli olmaması ilə bağlıdır. Həmçinin ilin sonuna qədər özünü doğrultmayan daha bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA