23-09-2015 [10:50]
Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər orta 13.4 faizlə təklif edilir. Baş bankdan rəsmi olaraq bildirirlər ki, paytaxt sakinləri kreditlərinə orta hesabla 12 faiz ödəyirlər. Region bir az genişləndə, yəni Abşeron iqtisadi rayonunda bu göstərici 19 faizədək yüksəlir.
Mərkəzi Bankin rəsmi statistikasına əsasən, Lənkəran iqtisadi rayonunda orta kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur. Dağlıq Şirvan və Aran iqtisadi rayonunda da vəziyyət cənub bölgəsindən kəskin fərqlənmir: rəsmi göstəricilər uyğun olaraq 23 və 22.9 faizdir. Şəki-Zaqatala iqtisadi rayonunda yaşayanlar isə kreditə görə orta hesabla 22.1 faiz ödəyirlər.
Mərkəzi Bankın kredit faizlərinin regional bölgüsü ilə bağlı hesabatı iki mühim məqamı gündəmə gətirir. Birincisi, niyə rayonlarda orta kredit faizi Bakıya nisbətən 2 dəfə yüksəkdir? İkincisi, doğurdanmı paytaxtda 12 faizə kredit təklif edilir?
Mia.az xəbər verir ki, tanınmış iqtisadçı Vüqar Bayramov Bakı ilə rayonlar arasındakı orta kredit fərqini belə izah edib:
"Əvvəlla, rayonlarda faizlərin yüksək olmasının əsas səbəblərdən biri bölgələrin biznes kreditlərin daha az faydalanması ilə bağlıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Eyni zamanda, nisbətən aşağı faizli ipoteka kreditlərinin da məhz daha çox paytaxtın payına düşməsi kredit faizlərinə təsir göstərir. Belə ki, indiyədək təqdim edilən 17079 ədəd ipoteka kreditinin 11679-u paytaxtın, 1563-u Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-i Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə rayonların əksəriyyətinin aldığı ümumi ipoteka kreditlərinin sayı 10-dan az olub. Bu isə, ipoteka kreditlərindən istifadə də Bakı ilə rayonlar arasında kəskin fərqin olduğunu göstərir. Bu isə təbii ki, orta kredit faizlərinə təsir göstərməkdədir. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir. Bu baxımdan, kreditə çıxış imkanlarının asanlığı da məhz kredit faizlərinə təsir göstərən əsas faktorlardan hesab edilir".
İqtisadçının sözlərinə görə, bununla yanaşı, rəsmi orta kredit faizləri ilə vətəndaşların cəlb etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur:
"Aydındır ki, Bakıda 12 faizə nəinki istehlak və hətta əksər hallarda biznes kreditləri cəlb etməkdə xeyili müşkül görsənir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərinin da faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, təbii ki, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi