Mərkəzi Bankdan daha bir banka qadağa! - Pul qəbulu dayandırıldı

img

21-09-2015 [13:19]


Azərbaycan Mərkəzi Bankı "Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib.

Mia.az fins.az-a istinadən bildirir ki, bu barədə bankdan xəbər verilib.  Ancaq qadağanın səbəbi açıqlanamayıb. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.

Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından "Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA