“Kapital Bank”da kadr dəyişikliyi

img

18-09-2015 [17:09]


"Kapital Bank” ASC-də kadr dəyişikliyi baş verib.

"APA-Economics"in sorğusuna cavab olaraq bankdan bildirilib ki, bankın Hüquq departamentinin rəhbəri vəzifəsinin icrası Emin Nurəddin oğlu Kərimova həvalə olunub.
Bundan başqa, Fərqanə Oqtay qızı Məmmədova isə İnsan Resurslarının idarə edilməsi departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Beləliklə, ölkənin ən iri banklarından biri olan "Kapital Bank"da departamentlərin sayı 18 olub.
Əlavə edək ki, Emin Kərimov 29 iyun 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib. 2010-cu ildə Fulbright Tələbə Proqramı finalçısı olub və ABŞ-ın Minnesota Universitetində kommersiya hüququ üzrə magistraturanı (LLM) bitirib. 2009-2013-cü illərdə PASHA Holding MMC-də hüquqşünas vəzifəsində çalışıb. 2013-2015-ci illərdə "PASHA Holding” MMC-nin Türkiyə İstanbul Nümayəndəlik ofisinin rəhbəri olub.
E. Kərimov İE Business School və London Business School-da müxtəlif təlimlərin məzunudur.
Kommersiya hüququ mövzusunda müxtəlif məqalələrin müəllifidir. Bakı Hüquq Jurnalının (Baku Law Journal) təsisçisi və ilk redaktoru olub. Azərbaycanda ilk "Korporativ Hüquq” kitabının müəllifidir.
Fərqanə Məmmədova 19 yanvar 1975-ci ildə anadan olub. Ali təhsilini 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq Hüquq və beynəlxalq münasibətlər” fakültəsində alıb. 2008-2010-cu illərdə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının direktoru vəzifəsində çalışıb. 2012-2015-ci illərdə "Bank of Baku”-da İnsan Resursları departamentinin direktoru olub.
Qeyd edək ki, əvvəlki departament direktorlarının iş yerlərini dəyişməsi ilə əlaqədar bu vəzifələr vakant idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA