"Mən neftçiyəm" videoçarxları hazırlanıb - VİDEOLAR

img

18-09-2015 [14:35]


Azərbaycanda 20 sentyabr Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb.

Mia.az xəbər verir ki, qısametrajlı videoçarxlarda Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində çalışan ayrı-ayrı şəxslərin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edilir, müasir beynəlxalq standartlara uyğunlaşan sənaye texnologiyaları və iş prinsiplərinə əsaslanan əmək fəaliyyəti nümayiş olunur.

Videoçarxların çəkilişləri "Ronin" şirkəti tərəfindən "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.

Media



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA