Gələn il 12 rayonun müəllimlərinin maaşı artırılacaq

img

14-09-2015 [18:04]


2016-cı ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 1713,5 mln. manat vəsait ayrılması nəzərdə tutulur.

Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 2,4 faiz-bənd çoxdur.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 940,1 mln. manatı və yaxud 54,9 faizi ümumi təhsil xərclərinin, 497,9 mln. manatı və yaxud 29,0 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, bakalavriat və magistratura pillələri üzrə xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.), 157,4 mln. manatı və yaxud 9,2 faizi məktəbəqədər təhsil xərclərinin, 37,2 mln. manatı və yaxud 2,2 faizi ali təhsil xərclərinin 43,6 mln. manatı və yaxud 2,5 faizi orta ixtisas təhsili xərclərinin, 33,7 mln. manatı və yaxud 2,0 faizi ilk-peşə ixtisas təhsilinin, 3,6 mln manatı və yaxud 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

Növbəti ildə respublikanın daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamına əsasən dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Bu işin tətbiqinə Bakı şəhərində başlanılıb.

Növbəti ildə respublikanın daha 12 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsi layihəsində öz əksini tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA