Universitetdə müəllimlərin maaşı qalxdı - SİYAHI

img

11-09-2015 [17:48]


Azərbaycan Dövlət Aqrar Universitetində Elmi Şuranın iclası keçirilib.

Universitetdən Mia.az-a verilən məlumata görə, Elmi Şuranın iclasında bir sıra qərarlar qəbul olunub:

"Qərarlardan biri də 2015-ci il oktyabr ayının 01-dən  professor-müəllim və laborant-texniki heyətin sosial vəziyyəti nəzərə alınaraq, prorektorlar, dekanlar, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, pedoqoji heyətdən olan elmlər doktorlarının əmək haqlarına 100 (yüz)  manat, muzeyin direktoru, "Aqrar mütəxəssis" qəzetinin redaktoru və 40 yaşınadək fəlsəfə doktorlarının əmək haqlarına 80 (səksən) manat, 40 yaşınadək elmi dərəcəsi olmayan müəllimlərin əmək haqlarına 60 (altmış) manat, inzibati binanın işçilərinin əmək haqlarına 50 (əlli) manat  və tədris-köməkçi heyətinin əmək haqqına 30 (otuz) manat məbləğində əlavələrdən bəhs edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA