Kənd təsərrüfatına ayrılan yardımlar fermerlərə niyə verilmir? - Şikayət

img

11-09-2015 [13:22]


Tərtər rayonunun bir neçə kəndinin sakinləri hər il dövlət büdcəsindən əkin sahələrinin becərilməsinə yardım üçün ayrılan vəsaiti ala bilmədiklərindən şikayətçidirlər.

"Qafqazinfo”ya müraciət edən kənd sakinlərinin sözlərinə görə, ildə bir dəfə hər hektara yardım məqsədi ilə ayrılan 50 manat ötən ay kənd sakinlərinə ödənilməli idi, lakin üstündən bir ay keçsə də vəsaiti ala bilməyiblər. Narazı sakinlərin sözlərinə görə, həmin vəsait kəndlilərin təsərrüfat xərclərini qarşılamaq məqsədi ilə hər il payız əkini vaxtı verilirdi: 

"Artıq əkin işləri də başa çatıb, amma rayonun Qaradağlı, Kəngərli və Təzəkənd kəndlərinin sakinləri həmin vəsaiti ala bilməyiblər. Dövlət tərəfindən Kənd Təsərrüfatının inkişafı üçün ayrılan vəsait icra hakimiyyəti tərəfindən mənimsənilir”.

Qeyd edək ki, 2015-ci ilin iyunun 1-i tarixinə Tərtər rayonu üzrə Respublika Komissiyasına təqdim edilmiş subsidiyanın məbləği 1.213.045 AZN-dir. Qaradağlı və Kəngərli kəndləri üzrə ayrılan məbləğ isə 65 mindən çoxdur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA