10-09-2015 [17:58]
Lənkəranda güzəştli kreditlər hesabına yaradılmış meyvə-tərəvəz emalı zavodu fermerlərdən meyvə və tərəvəzin tədarükünü davam etdirir. "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forum sentyabrın 10-da Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təşkil olunan tədbirdə 80-ə yaxın sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlara güzəştli kreditlər ayrılıb.
Nazirlikdən Mia.az-a bildirilib ki, forumda Lənkəran və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market”in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının, dekorativ üzlük daşların, plastik qabların istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövründə ölkə üzrə 3960-dək sahibkara 139.4 milyon manat (bu gün keçirilən tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8600-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.
Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 103.4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşdırılan layihələrin icrası 11 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu kreditlərin 25.4 milyon manatı Lənkəranın payına düşür. Tədbir çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 66 sahibkara 1.2 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində dövlətin güzəştli kreditlərindən istifadə edilməklə yaradılan Lənkəran şəhərində meyvə-tərəvəz emalı və Digah kəndində olan çörək zavodlarının fəaliyyətinə baxış keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi