09-09-2015 [17:40]
Azərbaycanda heç də bütün banklar maliyyə göstəricilərini ictimaiyyətlə açıqlamağa maraq göstərmir. Xüsusilə bu ilin fevral ayındakı devalvasiyadan sonra kredit təşkilatları maliyyə hesabatlarını açıqlamaqdan çəkinirlər. Halbuki qanunvericiliyə görə, hər bir bank rübdə bir dəfə maliyyə vəziyyətinin necə olması barədə hesabat yaymalıdır.
Nəzərə alsaq ki, hazırda 3-cü rübün son ayıdır, deməli 2-ci rübün maliyyə hesabatları ən azı 1 ay bundan əvvəl bankların internet səhifələrində yerləşdirilməli idi. Reallıq isə odur ki, bəzi banklar nəinki builki, heç 2014-cü ildəki fəaliyyətlərinin yekunlarına dair hesabatı yaymayıblar.
Məsələn, Pakistan Milli Bankının Bakı filialınının sonuncu hesabatı 2010-cu ildə, "Naxçıvankbank”ın maliyyə hesabatı 2011-ci ildə, hazırda maliyyə problemləri yaşayan "Bank of Azerbaijan”ın, eləcə də "Bank Stantard”ın maliyyə hesabatı 2013-cü ildə açıqlanıb.
"Amrahbank”, "Bank Respublika", "Günaybank”, "Xalq Bank”, "Muğanbank”, "Bank Nikoil”, "Parabank”, "Bank Technique”, "Yapı Kredi Bank (Azərbaycan)” və "Zaminbank” isə 2014-cü ilin yekununa dair maliyyə hesabatını açıqlamaqla kifayətləniblər. Bankların 2015-ci ildəki fəaliyyəti isə ictimaiyyətə qaranlıq qalıb.
2 bankın – "Azərbaycan Beynəlxalq Bankı” və "Bank Avrasiya” saytları ümumiyyətlə açılmır. Buna görə də, onların maliyyə hesabatlarına dair vəziyyətlə tanış olmaq mümkün deyil.
Sonuncu dəfə "AGBank" bu ilin yanvar ayında, "Atabank” və "Dəmirbank" bu ilin 1-ci rübündə, "Bank BTB” və "Dekabank” ötən ilin 3-cü rübündə, "Kredobank”, "Gəncəbank" və "Yunayted Kredit Bank” isə ötən ilin 2-ci rübündə hesabat veriblər.
Yalnız 16 bankda – "Accessbank”, "AFB Bank”, "Azərbaycan Sənaye Bankı”, "Azər-Türk Bank”, "Bank of Baku”, "Bank Silk Vey”, "Bank VTB (Azərbaycan), "Caspian Development Bank”, "Kapitalbank”, "Qafqaz İnkişaf Bankı”, İran Milli Bankının Bakı filialı, "NBC Bank”, "PAŞA Bank”, "Rabitəbank”, "Unibank" və "Yunayted Kredit Bank"da maliyyə hesabatları 2015-ci ilin 2-ci rübünə qədər olan dövrü əhatə edir(fins.az).
№
|
Kommersiya bankının adı
|
Sonuncu hesabat
|
1 | "Accessbank” | 2-ci rüb, 2015 |
2 | "AFB Bank” | 2-ci rüb, 2015 |
3 | "AGBank” | Yanvar, 2015 |
4 | "Amrahbank” | Yekun, 2014 |
5 | "Atabank” | 1-ci rüb, 2015 |
6 | "Azərbaycan Beynəlxalq Bankı” | Saytı işləmir |
7 | "Azərbaycan Sənaye Bankı” | 2-ci rüb, 2015 |
8 | "Azər-Türk Bank” | 2-ci rüb, 2015 |
9 | "Bank Avrasiya” | saytı işləmir |
10 | "Bank of Baku” | 2-ci rüb, 2015 |
11 | "Bank of Azerbaijan” | Yekun, 2013 |
12 | "Bank BTB” | 3-cü rüb, 2014 |
13 | "Bank Respublika” | 4-cü rüb, 2014 |
14 | "Bank Silk Vey” | 2-ci rüb, 2015 |
15 | "Bank Standard” | Yekun, 2013 |
16 | "Bank VTB (Azərbaycan)” | 2-ci rüb, 2015 |
17 | "Caspian Development Bank” | 2-ci rüb, 2015 |
18 | "Dekabank” | 3-cü rüb, 2014 |
19 | "Dəmirbank” | 1-ci rüb, 2015 |
20 | "Gəncəbank” | 2-ci rüb, 2014 |
21 | "Günaybank” | Yekun, 2014 |
22 | "Xalq Bank” | Yekun, 2014 |
23 | "Kapital Bank” | 2-ci rüb, 2015 |
24 | "Kredobank” | 2-ci rüb, 2014 |
25 | "Qafqaz İnkişaf Bankı” | 2-ci rüb, 2015 |
26 | İran Milli Bankının Bakı filialı | 2-ci rüb, 2015 |
27 | "Muğanbank” | Yekun, 2014 |
28 | "Naxçıvanbank” | Yekun, 2011 |
29 | "NBC Bank” | 2-ci rüb, 2015 |
30 | "Bank Nikoil” | Yekun, 2014 |
31 | Pakistan Milli Bankının Bakı filialı | Yekun, 2010 |
32 | "Parabank” | Yekun, 2014 |
33 | "PAŞA Bank” | 2-ci rüb, 2015 |
34 | "Rabitəbank” | 2-ci rüb, 2015 |
35 | "Bank Technique” | Yekun, 2014 |
36 | "Turanbank” | 2-ci rüb, 2015 |
37 | "Unibank” | 2-ci rüb, 2015 |
38 | "Yapı Kredi Bank (Azərbaycan)” | Yekun, 2014 |
39 | "Yunayted Kredit Bank” | 2-ci rüb, 2014 |
40 | "Zaminbank” | Yekun, 2014 |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi