07-09-2015 [16:34]
"2013-cü ildə yanacağın bahalaşmasından əlavə qazanc götürməyi planlaşdıran hökumət çox keçmədi öz faydasını SOCAR-a transfer etməli oldu. 7 illik fasilədən sonra yanacağın bahalaşmasına səbəb aksiz vergisinin artırılması idi və vergi gəliri dövlət büdcəsina çatmalı idi".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.
O, Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il qərarı ilə Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə, Aİ-92 (92%) və Aİ-80 (93%) markalı benzinlərin hər ikisi üçün aksiz dərəcəsi 134%-ə qaldırıldığını, dizeldə artımın isə 24%-dən 57%-ə çatdırıldığını xatırladaraq, bildirib ki, sonradan dövlət öz qazancından imtina edərək, xeyiri SOCAR-a bağışlayıb:
"Belə ki, Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixli, 35 saylı qərarı ilə Aİ-92 markalı benzinə tətbiq edilən aksiz vergisi 65%-ə, Aİ-80-də 66%-ə, dizeldə isə 18%-ə endirildi. Göründüyü kimi, azalma daha çoxdur. Bu azalmadan sonra yanacağın topdansatış qiyməti aşağı salınmadı. Səbəb isə aydındır: SOCAR-ın şirkətdaxili qiymətləri artırılıb.
Nazirlər Kabinetinin 35 saylı Qərarından sonra Aİ-92 markalı benzin üçün şirkətdaxili qiymətlər 290,44 manatdan 411,92 manata, Aİ-80 benzini üçün 290,44 manatdan 409,43 manata, dizel üçün 323,32 manatdan 430,19 manata qaldırılıb. Qısaca desək, SOCAR satılan hər ton üçün qazancı 121,47 manat (Aİ-92), 119 manat (Aİ-80) və 106,9 manat (dizel) təşkil edir. SOCAR-ın benzindən qazancı 41%, dizel yanacağndan isə 33% artıb.
Bu barədə Maliyyə Nazirliyinin 2014-cü il dövlət büdcəsinin icrasına dair Hesabatında da qeyd edilir. Hesabatda deyilir: "Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə aksiz üzrə 784,5 mln. manat proqnoza qarşı 740,3 mln. manat, yəni nəzərdə tutulduğundan 44,2 mln. manat az vəsait daxil olub. Aksiz vergisinin kəsrlə icra olunmasının əsas səbəbi daxili bazarda neft məhsullarının qiymətlərinin artması nəticəsində yaranan əlavə vəsaitin 2014-cü ilin yanvar ayından tam məbləğdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şirkətdaxili qiymətlərə aid edilməsi olub”.
2014-cü ildə ölkə üzrə 1,3 milyon ton benzin və bir o qədər də dizel istehlak olunub. Müxtəlif məlumatlara görə, Aİ-95 benzinin payı 10% civarındadır. Deməli, Nazirlər Kabinetinin 35 saylı qərarının nəticəsi olaraq SOCAR-ın illik qazancı təxminən 280 milyon manat artıb. SOCAR bu vəsaiti itirməmək üçün hazırda benzini ucuzlaşmasının əleyhinə çıxır. Xarici bazarda itirdiyi gəlirləri də daxili bazar hesabına kompensasiya etmək istəyir".

Samir ƏLİYEV
İqtisadçı deyib ki, neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün aksiz vergilərinin yenidən artırılmayacağına təminat yoxdur:
"Hökumətdə büdcəni doldurmaq üçün vergidaxilolmalarının artırılması niyyəti açıq hiss olunur. Belə olacaqsa, yəni aksiz vergiləri artırılacaqsa, yanacağın yenidən bahalaşması gündəmə gələcək. Bu dəfə qazanc SOCAR-a yox, dövlət büdcəsinə çatacaq. Bahalaşmanın zərərini isə əhali görəcək".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi