Bankın sədr müavini vəzifədən getdi

img

03-09-2015 [17:59]


"Rabitəbank" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. Bankın İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb.
 
T. İsmaylov "APA-Economics"ə xəbəri təsdiqləyib. Hələlik onun yerinə təyinat olmayıb.
 
Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən "Rabitəbank”da çalışıb. "Rabitəbank"dan əvvəl "Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, o, "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin "Lawrence College”ndə təhsil alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA