Daha bir bankda yeni təyinatlar oldu - SİYAHI

img

31-08-2015 [15:19]


Bu gün "Azər-Türk” Bank ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda "Azər-Türk” Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Belə ki, bu vəzifəyə 02 sentyabr 2014-ci il tarixdən "Azər-Türk” Bank ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyən Fərhad Adıgözəlov təyin edilib.

Məlumat üçün bildirilir ki, Fərhad Adıgözəlov 22 iyul 2015-ci tarixdən Azər Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Bundan başqa, Bankın yerli struktur bölmələri üzrə də, yeni kadr təyinatları olub. Belə ki, Bankın yeni açılmış "Yasamal” filialına müdir vəzifəsinə Gözəlov Adil Firuddin oğlu təyin edilib, "Gəncə” fililialının müdiri vəzifəsinə Hüseynov Anar ismayıl oğlu təsdiqlənib. "Mərkəz” filialının müdiri vəzifəsinin icrası isə müvəqqəti olaraq müdir müavini Babayev Turab Ələmşah oğluna həvalə olunub.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur və dövlətə məxsus səhmlərin saxlayıcısı Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2009-cu il tarixli 144 nömrəli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Maliyyə Nazirliyi iştirak edir(Trend). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA