Daha bir bankirə vəzifə verildi

img

28-08-2015 [21:05]


Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu "Azər-Türk Bank” ASC-yə təyinat alıb.

Ə.Məmmədov bankın "Mərkəz” filialının direktoru təyin edilib.

Qeyd edək ki, Ə.Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.

Xatırladaq ki, Ə.Məmmədov "Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed") oğlu, "Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.

Onu da qeyd edək ki, Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub (APA).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA