SOCAR TANAP-da iştirak payı alacaq

img

27-08-2015 [15:25]


"SOCAR Turkey Enerji” şirkəti TANAP qaz boru kəmərinin səhmlərinin 7 faizini əldə etmək niyyətindədir.

Mia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "SOCAR Turkey Enerji”nin prezidenti Kənan Yavuz deyib.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan - Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA