Manatı nə gözləyir? - İqtisadçı son durumu şərh etdi

img

25-08-2015 [16:17]


"Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır".

Mia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman ikili valyuta səbətindən istifadə edildiyi üçün qədim qitənin pulunun vəziyyəti manata birbaşa təsir göstərir: 

"Son günlər avroya nisbətən ciddi dəyər itirən Birləşmiş Ştatlar valyutası milli valyutamıza nisbətən də ucuzlaşıb. O baxımdan, dolların zəifləməsi heç də Mərkəzi Bankın hansısa mesaji kimi təqdim edilməməlidir. 

Növbəti günlərdə avronun gündəlik məzənnəsində azalma olduğu halda, mövcud məzənnə siyasətinə uyğun olaraq manat yenidən dollara nisbətən müqayisəli zəifləyəcək və Avropa valyutasına nəzərən möhkəmlənəcək. Mərkəzi Bank öz xarici valyuta rezervlərinin həcmi barədə açıqlamalar ilə ictimaiyyətə mesaj verir. İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA