25-08-2015 [11:24]
Azərbaycanda banklarla bağlı yaranan ajiotaj insanlar arasında çaşqınlığa səbəb olub. Kredit götürmək, əmanətlərini bankalara yatırmaq istəyənlər çıxılmaz vəziyyətdə qalıb. Bir çoxları bankların çoxunun bağlanacağını, onların sayının ən azı ona qədər azalacağını iddia edir. İqtisadçı Natiq Cəfərliisə bunu real hesab etmir.
O, Modern.az saytına açıqlamasında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əksəriyyətinin bağlanacağını istisna etməyib: "Bunu vəziyyət diktə edir. Bütün bankların həm geri dönüşlü, həm də xaricdən cəlb etdikləri valyutanın geri qaytarılması ilə bağlı problemləri var.
Görünən odur ki, risk menecmenti çox aşağı səviyyədə olub. Ona görə də geri dönüşü problemli olan kreditlərin həcmi getdikcə artmaqdadır.
Hazırda Azərbaycanda 42 bank bu və ya digər şəkildə fəaliyyətini davam etdirir. Bu bankların sayının birdən-birə 6-7-yə enməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar törədə bilər. Ən azı, ilin sonuna qədər 15-20 bankın bağlanma, yaxud kiçik bankların böyük banklar tərəfindən "udulması” ehtimalı yüksəkdir. Buradan çıxış edərək ilin sonuna qədər 20-25 bankın qala biləcəyini demək olar.
Nəzərə alaq ki, proses gələn il də davam edəcək. Lakin bu ilin sonuna qədər fundamental dəyişikliyin ola biləcəyi ehtimalı aşağıdır. Ən azından, iqtisadiyyat bunu qaldıra bilməz”.
Ekspert "Azərbaycanda bank sektorunun normal fəaliyyəti üçün neçə bank kifayətdir” sualına cavab olaraq deyib ki, normal bazar iqtisadiyyatı işləyən ölkələrdə bankların sayını bazar özü tənzimləyir:
"Bankların az, yaxud çox olmasının ölkənin kiçikliyi, əhalinin sayı ilə birbaşa əlaqəsi yoxdur. Məsələn, Lüksemburq kimi kiçik ölkə dünyada bank ölkəsi kimi tanınır. Bu ölkədə onlarla bank fəaliyyət göstərir. Çünki ölkədə bank sektoru üçün çox aşağı vergilər müəyyənləşib. Bu isə dövlətin apardığı siyasətdən və rəqabətli mühitin formalaşmasından asılıdır.
Beynəlxalq praktikanı götürsək, xarici banklar yerli banklarla rəqabətli mühit şəraitində fəaliyyətə başlayır. Beləcə, neçə bankın ayaqda qalmasını bazar özü müəyyən edir.
Təəssüf ki, Azərbaycanda xarici bankların çıxışına birbaşa icazə verilmir. Bu isə rəqabətsiz mühitə gətirib çıxarır. Ona görə də bank sektorunun normal fəaliyyəti üçün neçə bankın gərəkli olması barədə dəqiq say demək doğru deyil. Bunu bazar özü müəyyən etməlidir. O bazar isə bizdə yoxdur”.
Natiq Cəfərli öz əmanətlərini banklara yatırmaq istəyən vətəndaşları bir neçə məsələdə diqqətli olmağa çağırıb
"İstənilən məqamda əhali öz əmanətlərini bankalara yatırmazdan əvvəl bank seçiminə diqqət etməlidir. Müqavilə imzalamadan əvvəl şərtlər ciddi öyrənilməlidir. Sığorta haqqında ayrıca müqavilənin olmasına, depozitin sığorta haqqında qanunun şərtlərinə uyğun tərtib edilməsinə fikir verilməlidir. Vətəndaş depozitlərini mütləq sığortalamalıdır.
Ən əsası oynayan məzənnədə az zərərlə çıxmaq üçün öz depozitlərini xarici valyutada yerləşdirmələri məsləhət olunur. Düşünürəm ki, indiki şəraitdə ajiotaja ehtiyac yoxdur. Əhalinin öz depozitlərini geri çəkməsi üçün böyük hadisələr baş verməyib”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi