SOCAR "Petkim"dəki payının 13 faizini ABŞ banklarına satdı

img

14-08-2015 [21:18]


SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"də olan iştirak payının 13%-ni 1,3 mlrd. ABŞ dollarına beynəlxalq investorlara satıb.

"Report" xəbər verir ki, bunu ABŞ-ın "Goldman Sachs" (GS) və "JP Morgan" (JPM) banklarının birgə yaratdığı "Goldman Sachs International" investisiya şirkəti alıb.

Bu qiymətə "Goldman Sachs International" şirkəti "SOCAR Turkey Energy"dən "Petkim Holding"də təxminən 8% pay (890,6 mln. ədəd səhm) alıb.

Qeyd edək ki, bundan öncə "SOCAR Turkey Energy"nin "Petkim Holding"də payı 61,32% olub.

"SOCAR Turkey Energy"nin vitse-prezidenti Samir Kərimli sayta açıqlamasında bildirib ki, bu səhm zərfinin ABŞ banklarına faktiki olaraq 1,3 mlrd. dollara satılması "SOCAR Turkey Energy"nin real bazar dəyərinin 10 mlrd. dollar olduğunu göstərir.

"Əgər gələcəkdə əlavə sərmayələrə ehtiyac yaranarsa, "SOCAR Turkey Energy"nin yeni səhmlərinin İstanbul Fond Birjasına çıxarılması da mümkündür", - S.Kərimli əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA