14-08-2015 [12:59]
"Azərbaycan Banklar Assosiasiyasının yeni sədri mətbuata açıqlamasında maliyyə ombudsmanı institutunun yaradılmasının vacibliyini bildirib. Belə institutun yaradılmasının vacibliyi barədə fikirlərimizi dəfələrlə bildirmişik. Bu baxımdan Assosasiya tərəfdən belə təşəbbüsün olması müsbət haldır".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, son dövrlər əhali ilə banklar arasında yaranmış narazılıq belə institutun aktuallığını daha da artırır:
"Bəzən əks arqument gətirilir ki, maliyyə ombudsmanının yaradılması problemi həll etməyəcək. Nümunə kimi insan haqları üzrə ombudsman institutunun səmərəsiz fəaliyyəti göstərilir. İrad haqlı, narahatçılıq isə baha düşüləndir. Ancaq gəlin, məsələnin baş tərəfəfinə baxaq.
Bu gün əsas problem hüquqları pozulan insanların müraciət edə biləcəkləri ünvanın olmamasıdır. Müştərilə bilmir kimə üz tutsun. Banklara müraciət edirlər, əlbəttə banklar maraqlı tərəf olduğundan obyektiv qərar çıxarmayacaqlar. Məhkəmə vasitəsilə problemi həll etmək isə əlavə vəsait tələb etməklə yanaşı çox uzun və üzücü prosesdir. Hələ nəzərə alaq ki, maliyyə savadı olmayan müştəri bank hüquqşünası qarşısında haqlı olduğunu sübut edə biləcəkmi?
İkincisi, müvafiq institutlar olmadan biz zəruri mexanizmləri qura bilmərik və nəticədə olmayacaq. Əvvəl institutları qurub sonra onların işləməsinə səy göstərməliyik. Razılaşın ki, ən pis işləyən belə institutun olması onun olmamasından yaxşıdır. Ən azı cəmiyyətin müqaviməti qarşısında hansısa addımlar atılır.
Üçüncüsü, insan haqları üzrə ombudsman institutundan fərqli olaraq maliyyə ombudsmanı proseslərə siyasi qiymət vermir. Bu isə Azərbaycan reallığında əsas meyardır".
Samir Əliyevin sözlərinə görə, maliyyə ombudsmanının yaradılması heç də bankların əleyhinə yönəldilmiş bir aksiya deyil:
"Hətta banklar bu məsələdə maraqlı olmalıdır. Çünki məsələnin məhkəməyə qədər uzanmasında bəlkə də müştəridən çox banklar maraqlı deyil. Əlavə xərclər, vaxt itkisi və əlavə işçinin prosesə qoşulması banklar üçün əlverişli deyil. Ona görə banklar problemin tez həllində maraqlı olurlar.
Təsadüfi deyil ki, Rusiyada ombudsmanı institutu məhz Banklar Assosiasiyası tərəfindən yaradılıb. Maliyyə ombudsmanı institutunun yaradılması banklara da problemi qısa müddətdə həll etmək şansı verəcək.
Ən nəhayət, proses institutun yaradılması ilə yekunlaşmamalıdır. "İstehlak kreditləri haqqında” qanun qəbul edilməlidir. Bir çox ölkələrdə belə qanun var".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi