Azərbaycanda əhalinin gəliri artıb - Statistika

img

13-08-2015 [12:16]


2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb .


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA