“AGBank”ın rəhbərliyində dəyişiklik olub

img

12-08-2015 [13:52]


"AGBank” ASC-nin rəhbərliyində və strukturunda dəyişiklik baş verib.
Bankın Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Atakişiyeva "APA-Economics”in soğusuna cavab olaraq bildirib ki, əvvəllər İdarə Heyətinin sədr müavini olan Məmməd Ənvər oğlu Allahverdiyev bir müddət öncə bankda yaradılan - İnformasiya Texnologiyaları Departamentinin baş direktoru vəzifəsinə təyin edilib.
Bankın İdarə Heyətinin sədr müavini olan Fərid Fuad oğlu Quliyev öz ərizəsi ilə işdən çıxıb. O, fəaliyyətini digər müəssisədə davam etdirmək qərarına görə bu addımı atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA