“KİA Azərbaycan” satış mərkəzlərini bağladı

img

11-08-2015 [16:54]


Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb.
Axar.az xəbər verir ki, bunu "KİA Motors Azərbaycan” şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisi fins.az-a deyib ki, satışların azalması səbəbindən "KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub.
"Bu proses davam edəcək. İlin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq.
Satışlar azaldığı üçün Badamdar, AMAY Ticarət Mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır”, - deyə Z.Əlibəyov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA