Banklar gözləmə mövqeyində - Filial açılması təxirə salınıb

img

11-08-2015 [14:33]


2015-ci ilin 2-ci rübündə Azərbaycanda fəaliyyət göstərmiş 45 bank tərəfindən cəmi 3 filial açılmışdır. Aprel-İyun aylarında bankların yerli filiallarının sayı 760-dan 763-ə çıxıb.

Banklar bu ilin birinci yarısında isə cəmi 11 filial istifadəyə veriblər. Cari ilin Aprel-İyun aylarında bankların şöbələrinin sayı 160-dan 163-ə artıb.

Müqayisə üçün qeyd edək ki, banklar ötən ilin birinci yarısında 26, ikinci rübündə isə 16 filial açmışdılar.

Digər maraqlı fakt. 2015-ci ilin ikinci rübündə 157 bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən 15 filial açılıb. Nəticədə də BOKT-ların filiallarının sayı 212-dən 227-yə çıxıb.

Qeyd edək ki, 157 bank olmayan kredit təşkilatının 103-ü kredit ittifaqıdır. (Marja)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA