Azərbaycanda bank müflis elan olundu

img

11-08-2015 [13:07]


Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan "Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

Mia.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən "APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı "Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə "Evrobank” müflis elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA