"Əgər nefti, qazı kənara qoysaq..." - Qubad İbadoğludan proqnoz

img

08-08-2015 [22:58]


"Ekspertlər bu qənaətə 10 il bundan əvvəl gəliblər. Onda bu yanaşma daha çox fayda gətirər və əhəmiyyət kəsb edərdi. Çünki, hazırda biz nefti-qazı kənara qoysaq, onda ÜDM-in 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk".

Mia.az xəbər verir ki, bu fikirləti ADR lideri, taninmış iqtisadçı Qubad İbadoğlu bu gün Prezident İlham Əliyevin "Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir", - sözlərini şərh edərkən deyib.

İqtisadçı bu çıxışda xüsusilə də diqqəti cəlb edən "biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq" fikirlərinə izah verib:

"Ekspertlər bu qənaətə 10 il bundan əvvəl gəliblər. Onda bu yanaşma daha çox fayda gətirər və əhəmiyyət kəsb edərdi. Çünki, hazırda biz nefti-qazı kənara qoysaq, onda ÜDM-in 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk. Onda ötən il bizim ÜDM 59 milyard deyil, 36 milyard manat, adambaşına illik gəlirlər 6264 deyil, 3821 manat, dövlət büdcəsinin mədaxili 18,4 milyard deyil, 6,5 milyard manat, cəmi ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı. Bu hesablamalar neft sektorunun təsiri ilə inkişaf edən inşaat, ticarət və xidmət bölməsi nəzərə alınmadan aparılıb.

İstənilən halda, mən, bu fikirləri Azərbaycanda post-neft gəlirləri dövrünün anonsunun verilməsi kimi dəyərləndirirəm. Amma indiki şərrtlər (inhisarçılıq, korrupsiya, himayəçilik, mərkəzləşdirmə, inzibatçılıq və s. ) post-neft dövründə ciddi çətinliklərlə üzləşəcəyimizi proqnozlaşdırmağa imkan verir. Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən və iqtisadiyyatın liberallaşdırılmasından keçir".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA