“Beynəlxalq Bank” 5 ilə özəlləşdiriləcək

img

08-08-2015 [12:49]


"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər.

Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi banka istinadən yazır.  

 Agentliyin saytında dərc edilən məlumata görə, bu, ortamüddətli perspektivdə dövlətin bankdakı payının (51,07 faiz) qorunacağı anlamına gəlir: "Özəlləşdirilmə baş tutsa belə, ABB ölkədə ən iri bank kimi sistem formalaşdıran qismində qalacaq və dövlətin iştirakı ilə şirkətlərlə fəaliyyətini qoruyacaq".   

Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.  

 "Fitch Ratings"in analitiklərinin fikrincə, ABB-nin problemli aktivlərinin həcmi əhəmiyyətli dərəcədədir(Trend). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA