Mərkəzi Bankdan xəbərdarlıq; Pulumuz azalıb

img

07-08-2015 [17:42]


Azərbaycanda pul bazasının ümumi həcmi cari ilin iyulun 1-nə 7 806 mln. manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 177,7 mln. manat və ya 2,2% azdır.
Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Qeyd edək ki, bu il yalnız bir dəfə, may ayında artan pul bazası yenidən mənfi dinamika nümayiş edib.
Xatırladaq ki, pul bazasında azalma (may ayı nəzərə alınmadan) bu il mütəmadi olaraq baş verib və ilin əvvəlindən iyulun 1-nə qədər ümumi azalma 4 060,9 mln. manat və ya 34,2% təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA